Suriyada yüksək rütbəli İŞİD komandiri məhv edilib

Suriyada İŞİD terror qruplaşmasının yüksək rütbəli komandiri zərərsizləşdirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, beynəlxalq koalisiya qüvvələrinə məxsus təyyarələrin endirdiyi hava zərbəsi nəticəsində Əbu Cəndal Əl-Küveyti Rakka şəhəri yaxınlığında məhv edilib.

Məlumata görə, adıçəkilən komandir Rakkada təşkilatın ən əsas liderlərindən biri olub. İŞİD tərəfdarları sosial şəbəkələrdə Əl-Küveytinin öldüyünü təsdiqləyib. Rakka şəhəri Suriyada İŞİD terror təşkilatının “paytaxtı” hesab olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR