Suriyadan Ermənistana köçən ermənilərin sayı açıqlanıb

Bu il Suriyadan Ermənistana 516 erməni köçüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin diaspor naziri Qranuş Akopyan mətbuat konfransında bildirib.

“Əvvəlki illərdə Suriyadan gələn 18 min erməniyə Ermənistan vətəndaşlığı, 1800-nə ölkədə yaşamaq izni, 300-nə isə qaçqın statusu verilib. Hazırda Ermənistanda Suriyadan gələn 22 min erməni var”, deyə o, vurğulayıb.

Qeyd edək ki, Suriyadan Ermənistana qaçqan ermənilərin bir hissəsi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR