Suriyanın bütün ərazisində atəşkəs rejimi qüvvəyə minib

Suriya ordusu, razılaşmanın şərtlərinə uyğun olaraq, ölkənin bütün ərazisində hərbi əməliyyatları dayandırıb

Qafqaznews.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Suriyadakı hərbi mənbə bildirib.

Bundan əvvəl Suriya ordusu və silahlı müxalifət qüvvələri arasında atəşkəs rejiminin dekabrın 30-u saat 00.00-dan etibarən bütün ölkə ərazisində tətbiqinə dair razılıq əldə olunub.

Razılaşma “Cəbhə ən-Nüsrə” və İŞİD qruplaşmalarına şamil edilmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR