Zakir Həsənovun oğlu: “Polis olduğuma görə fəxr edirəm”

“Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuma görə fəxr edirəm”

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun oğlu, Baş Mühafizə İdarəsinin Nərimanov Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsində çalışan Nazim Həsənov ilk dəfə mətbuata danışıb.

Qafqaznews.az xəbər verir ki, AzVision.az-a eksklüziv açıqlamasında N.Həsənov tutduğu vəzifədən məmnun olduğunu, ona göstərilən etimada görə daxili işlər naziri Ramil Usubova minnətdarlığı bildirib.

“Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuma görə qürur duyuram. Hər zaman cənab nazirimizin əmr və tapşırıqlarını ica etməyə hazıram. Cənab nazirin bütün göstərişləri vaxtında icra olunur. Bundan sonra da əlimdən gəldiyi qədər vətənimə, dövlətimə xidmət etməyə hazıram. Bütün göstərişlər canla-başla yerinə yetirilir. Özüdə necə lazımdır, yerinə yetirilir. Bu günə qədər də bir şikayət yoxdur. Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuma görə fəxr edirəm”.

N.Həsənov atası Zakir Həsənovdan da söz açıb:

“Zakir müəllim çox yaxşıdır. Gərgin rejimdə işləyir. Heç bir problem yoxdur. İşlər yaxşı gedir. Münasibətlərimiz də çox yaxşıdır”.

Qeyd edək ki, Nazim Həsənov Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun oğludur. O, hazırda Baş Mühafizə İdarəsinin Nərimanov rayon İdarəsinin rəis müavini vəzifəsində çalışır. Nazim Həsənov buna qədər Baş Mühafizə İdarəsinin Suraxanı rayon şöbəsinin rəis müavini vəzifəsini tutub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR