1 milyondan çox insanın ölümünə səbəb olan qrip Azərbaycanda (VİDEO)

Azərbaycanda yayılan virusun H3N2 olduğu məlum olub. Həkim, professor Adil Qeybulla deyib ki, bu A virusunun bir formasıdır.
BAKU.WS-in məlumatına görə, söhbət “Honkonq qripi”ndən gedir. Ölkəmizdə yayılan bu qrip ilk dəfə 1968-ci ildə Honkonqda ortaya çıxıb.
Bu epidemiya dünya səviyyəsində təxminən 1 milyondan çox insanın ölümünə səbəb olub. “Honkonq qripi”nin yayılmasının səbəbi köçəri quşlardır. Xəstəlik 2014-2015-ci illərdə yenidən mutasiya edilib və insanların yoluxmasına səbəb olub.
“Honkonq qripi”ndən müdafiənin ən effektiv üsulu – bu peyvənddir. Bu yolla insanın xəstəliyə qarşı immuniteti yaranır və daha ağır fəsadların qarşısı alınır. Hamilə qadınlara xüsusilə, bu xəstəlikdən müdafiə olunmaq əhəmiyyətlidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR