2016-cı ildə 133 yeni canlı növü kəşf edilib- Heyrətləndirəcək fotolar

Kaliforniya Elmlər Akademiyasının biologiya profilli institutlarından biri yola saldığımız 2016-cı ildə indiyə qədər elmə məlum olmayan 133 canlı növünün aşkarlandığını bəyan edib.
Moderator.az xarici media mənbələrinə istinadən xəbər verir ki, yeni kəşf olunan növləri 46-sı qarışqalara, 23-ü balıqlara, 36-sı böcəklərə məxsusdu. Həmçinin, ötən ildə beş kirpi, bir ilan balığı, bir ağcaqanad, bir yosun, 6 su bitkisi növləri də elm üçün bəlli olub.
Mütəxəssislər xüsusən də, balıqlar sinfinə aid olan yeni növlərin dünya faunası üçün vacib kəşflər olduğunu bildirirlər. Həmçinin, sürünənlər sinfinə aid olan bir çox yeni növlərin- Afrika kərtənkələsi, Gulper Eol –elm üçün gərəkli tapıntı olması bilinir.
Lakin 2016-cı il birmənalı şəkildə balıqkimilər fəsiləsinin zənginləşməsi ilə yadda qaldı. Tapılan 133 yeni növün 80 faizi su canlılarıdır.
Elə həmin balıqların ən qəribə növlərinin fotolarını təqdim edirik:
 
Elmin Nuri
 
Canavar balığı
 
Əjdaha balıq
Spook balığı
 
Vampir balığı

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR