6 nəfər birləşib mebel ustasını ölümcül döydü – “Qardaşım pis gündə idi” – VİDEO – FOTO

Goranboy rayonunda döyülmə faktı qeydə alınıb.

ARB TV xəbər verir ki, Goranboy sakini 34 yaşlı mebel ustası Elşad Dadaşov işdən evə gəlmədiyindən həyat yoldaşı narahat olub. Qadın dəfələrlə ona zəng vursa da, o, cavab verməyib. Səhər saatlarında isə həyat yoldaşının döyülmə xəbərini alıb. Hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd sakini Elşad Dadaşov bu gün səhər saatlarında qohumları tərəfindən kəndin yaxınlığında huşunu itirmiş vəziyyətdə tapılıb.

Döyülərək müxtəlif bədən xəsarətləri aldığı bildirilən 34 yaşlı Elşad Dadaşov dərhal Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qohumları bildiriblər ki, E. Dadaşov münaqişə zəminində 6 nəfər kənd sakini tərəfindən döyülüb.

Həyat yoldaşı onun 15 ildir rayonda yaşadığını və heç kimlə probleminin olmadığını bildirib.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.


  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR