ABŞ Polşaya tank briqadası yeridir

ABŞ Polşaya ordu göndərib.
Axar.az “Röyter”ə istinadla xəbər verir ki, Vaşinqton Polşaya 4400 hərbçidən ibarət olan 3-cü tank briqadasını göndərib. Bu hərbçilər Polşa ilə yanaşı Litva, Latviya, Rumıniya, Bolqarıstan və Macarıstanda da xidmət keçəcəklər.
3-cü tank briqadasının Şərqi Avropaya daşınması iki həftə çəkəcək.
Qeyd edək ki, ABŞ keçən il Şərqi Avropadakı müttəfiqlərini Rusiyadan qorumaq üçün 3,4 milyard dollar xərclədiyini açıqlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR