Afinanın mərkəzində xüsusi təyinatlı polis dəstəsinin avtobusuna atəş açılıb

Yunanıstan paytaxtı Afinanın mərkəzində xüsusi təyinatlı polis dəstəsnin avtobusu atəşə tutulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, naməlum şəxs odlu silahdan avtobusa 3 dəfə atəş açıb.

Nəticədə bir asayiş keşikçisi yaralanıb. Yaralı polis əməkdaşının xəstəxanaya yerləşdirildiyi bildirilib. Hadisə polislərin növbə dəyişməsi zamanı baş verib.

Məlumata görə, atəşin “Kalaşnikov” avtomatından və yaxın məsafədən açıldığı ehtimal edilir.

Xəbərdə bildirilib ki, atəşə məruz qalan polis əməkdaşları solyönlü Ümumyunanıstan Sosialist Hərəkatı Partiyasının (PASOK) mərkəzi qərargahını mühafizə edənlərdir. Bu partiya ölkə parlamentində 13 deputatla təmsil olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR