Aleksis Sançesin transfer qiyməti açıqlandı

“Arsenal” rəhbərliyi komandanın aparıcı futbolçularından olan Aleksis Sançeslə yolları ayırmağa hazırdı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “topçular” çilili hücumçunun xidmətində maraqlı olan klublarla danışıq aparmağa qərar verib.

London təmsilçisi Sançesin transfer qiymətinin 70 milyon avro olduğunu açıqlayıb. Bu məbləği PSJ-nin ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Aleksis Sançes “Arsenal”a 2014-cü ildə “Barselona”dan transfer olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR