Almanlar “Bağdagül” oynadılar – Video

Almaniyalı gənclər Azərbaycan toyunda “Bağdagül” mahnısının sədaları altında rəqs ediblər.
Axar.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan həmvətənimiz Yaqub Babalar Feysbuk səhifəsində video paylaşıb. O, alman gənclərinin azərbaycanlı tələbə yoldaşlarının toyunda iştirak etdiyini bildirib:
“Bu gün Azərbaycan toyunda almanlar “Bağdagül” oynadılar. Amma daha maraqlısı bu deyil. Dostumuzun oğlunun toyuna 30-dan çox alman gənci gəlmişdi. Hamısı burda ali təhsil, mühəndis diplomu almış övladlarımızın tələbə dostları, iş yoldaşları idi. Azərbaycan üçün xaricdə bundan gözəl diaspor fəaliyyəti ola bilərmi? Gözəl nümunədir. Biz yaşadığımız ölkələrin xalqları ilə belə dost olmalıyıq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR