Ankarada kütləvi aksiyaların keçirilməsi qadağan edilib

Terror təhlükəsinə görə Türkiyə paytaxtı da daxil olmaqla Ankara əyalətində 30 gün müddətinə kütləvi aksiyaların keçirilməsi qadağan edilib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bununla bağlı qərarı Ankara valiliyi qəbul edib.

“Valiliyimizə verilən məlumata görə, terrorçu qruplaşmalar əyalətdə terror aktları törətmək üçün hazırlıq görürlər. İnsanların kütləvi toplaşdığı yerlərdə keçirilən mitinq, yürüş və tədbirlər zamanı terrorçuların terror aktları törətmək istədikləri təxmin edilir.

İnsanların həyatını, mal-mülkünü və ictimai təhlükəsiziliyini təmin etmək məqsədi ilə Ankara əyaləti daxilində 30 gün müddətinə küçə, meydan, park və prospektlər kimi əhalinin sıx olduğu kütləvi yerlərdə bütün növ aksiyaların keçirilməsi qadağan olunur”, – deyə valilik bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR