Atambayev Qırğızıstanda səhra qoşunları yaradır

Qırğızıstan prezidenti Almazbek Atambayev səhra qoşunlarının yaradılmasına dair fərman imzalayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə qırğız dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, səhra qoşunlarının yaradılmasında məqsəd “ölkənin hərbi təhlükəsizliyini möhkəmləndirməkdir”. “Prezidentin fərmanı ilə ölkənin Silahlı Qüvvələrinin səhra qoşunlarının komandanı polkovnik Erlis Terdikbayev təyin edilib”, – məlumatda deyilir.

Qırğızıstanın səhra qoşunları respublikanın Silahlı Qüvvələrinin Baş qərargahına tabe olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR