Avropada 400 min iş yeri bağlandı – Rusiyaya görə

Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları və Moskvanın bu sanksiyalara cavab addımları nəticəsində Alyansa üzv olan ölkələr 17,5 milyard avro itiriblər.
Axar.az xəbər verir ki, bu nəticə Avstriya İqtisadi Tədqiqatlar İnstitutunun araşdırmasından sonra ortaya çıxıb. Araşdırmaya əsasən, sanksiyalar ucbatından bütün AB-də 400 min iş yeri bağlanıb.
Təşkilat açıqlamasında “sanksiyalarsız da AB-Rusiya iqtisadi əlaqələri zəifləcəkdi” fikrini ortaya atıb. Buna səbəb kimi isə Rusiya iqtisadiyyatının kiçilməsi göstərilib.
Qeyd edək ki, AB Rusiyaya qarşı Donbas və Krım böhranı ucbatından iqtisadi sanksiyalar tətbiq edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR