Avropada anomal soyuqlar: 18 ölü

Son iki gün ərzində Avropanın böyük hissəsini əhatə edən anomal soyuqlar ən azı 18 nəfərin həyatına son qoyub.
Bu barədə “France Presse” agentliyi yazıb.
Məlumatda bildirilir ki,  Polşada hava temperaturu rekord mənfi 20 dərəcəyə düşüb. Ölkədə 10 nəfər soyuqdan donub.
Həmçinin məlumatda qeyd edilir ki, İtaliyada ekstremal soyuqlar 8 nəfərin həyatına son qoyub.
Qeyd edək ki, Türkiyədə güclü şaxta və qar nəticəsində yüzlərlə aviareys təxirə salınıb./Faktxəbər

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR