Avropanın bombardirləri

UEFA 2016-cı ilin ən məhsuldar oyunçularının siyahısını açıqlayıb.

Qafqaznews.az apasport.az-a istinadən xəbər verir ki, siyahıda klub səviyyəli turnirlərdə ən çox qol vuran 11 oyunçu yer alıb.

Cədvələ “Barselona”nın qol silahı Lionel Messi başçılıq edir. Argentinalı il ərzində klubu üçün 50 qol vurub. O, belə göstəriciyə 49 matçda nail olub.

UEFA-nın cədvəlinin 2-ci pilləsində uruqvaylı Luis Suares qərarlaşıb. O, “Barselona”da keçirdiyi 48 oyunda 47 dəfə sevinib.

PSJ və “Mançester Yunayted”də üst-üstə 50 matç keçirən Zlatan İbrahimoviç cədvəlin 3-cüsüdü. İsveçli 47 qol vursa da, daha çox oyun keçirdiyindən Luisdən geri qalır.

Polşalı Robert Levandovski 48 görüşdə 39, portuqaliyalı Kriştianu Ronaldu 42 matçda 38 qol vurub. Onlar qollarını müvafiq olaraq “Bavariya” və “Real”da rəqib qapılarından keçirib.

48 oyunda 36 dəfə fərqlənən uruqvaylı Edinsoin Kavani buna PSJ-də imza atıb. 7-ci olan argentinalı Serxio Aquero “Mançester Siti”dəki 44 qarşılaşmada 35 dəfə toru silkələyib. Onun həmyerlisi, ilin gedişində “Napoli” və “Yuventus”da çıxış edən Qonzalo İquain 43 oyunda 33 dəfə qol vurub.

9 pillədə ən məhsuldar afrikalı qərarlaşıb. Bu, “Borussiya”nın (Dortmund) qabonlu legioneri Pyer-Erix Obameyanqdı. O, 43 matçda 32 dəfə fərqlənə bilib.

Siyahını 29 qol vuran 2 futbolçu qapayır. Rusiyalı Fyodor Smolov “Krasnodar”dakı 33 matçda bu qədər qol vurub. Daha çox oyun keçirdiyi üçün 11-ci olan Aleksandr Lakazet “Lion”un heyətində 39 dəfə meydana çıxıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR