Bakıda 16 yaşlı müğənni 1 saata 50 min qazandı – FOTO

Türkiyəli müğənni Aleyna Tilkinin yeni il gecəsi Bakıda verdiyi konsertdən qazandığı gəlir məlum olub.

Qafqaznews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 16 yaşlı sənətçi paytaxtda baş tutan konsertdə bir saatlıq çıxışına görə 50 min türk lirəsi (təxminən 25 min manat) əldə edib.

Qeyd edək ki, “Yetenek Sizsiniz Türkiye” yarışması ilə şöhrət qazanan Aleyna Tilkinin yaşına görə gecə klublarında çıxışına İstanbul Valiliyi tərəfindən qadağa qoyulub. Buna görə də o, 18 yaşına qədər karyerasından daha çox təhsilinə üstünlük verməyə başlayıb.

“Cevabsız çınlama” mahnısı ilə 2016-cı ildə Türkiyənin gündəminə düşən Aleyna son 5 ay ərzində qazandığı pulla valideynlərinə 750 min lirə dəyərində ev alıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR