Bakıda 80 min manatlıq dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra T.Qurbanov vəsatətlə çıxış edib. O, barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən deyib ki, T.Qurbanov həbs edilməmişən əvvəl onun barəsində axtarış elan olunub. Prokuoror vəsatətin təmin edilməməsini istəyib.

Vəsatət təmin edilməyib.

Proses yanvarın 13-də davam etdiriləcək.

Qeyd edək ki, T.Qurbanov 6 nəfər vətəndaşın etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat pul alıb. Daha sonra o, həmin şəxslərə pullarını geri qaytarmayıb. Zərəçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayətləri əsasında onun barəsində axtarış elan olunub. Daha sonra T.Qurbanov saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, T.Qurbanov əvvəllər müstəntiq, istintaq şöbəsinin rəisi vəzifəsində çalışıb. O, Vəkillər Kollegiyasının üzvüdür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR