Bakıdakı “Demirchi Tower”da qətl törədilib

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalı İraqın Azərbaycandakı səfirinin müavininin qardaşıdır.
Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.

***

Saat 14:11

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.

APA-nın məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsində yerləşən “İraqHava Yolları” aviaşirkətinin ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir.Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR