Birləşmiş Ərəb Əmirliklərində dövlət bayraqları endirilib

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Xəlifə ben Zeyd Əl Nahayyanın əmri ilə Əfqanıstanda həlak olan beş diplamata görə ölkədə üç gün matəm elan olunub. 
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, ölkədəki bütün nazirliklərin və dövlət idarələri binalarının üzərindəki dövlət bayraqları endirilib.
BƏƏ-nin prezidenti Əfqanıstanda hümanitar və təhsil sahəsində proyektlər həyata keçirən diplomatların ölümündən dərin kədərləndiyini bildirib.
Daxili İşlər Nazirliyi terror nəticəsində həyatını itirən beş diplomatın adlarını açıqlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR