BMT: 5 gün ərzində Mosulu 13 min insan tərk edib

İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatların keçirildiyi İraqın Mosul şəhərindən son 5 gün ərzində 13 min nəfər ayrılıb

“Report” xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Stafan Dyujarrik məlumat verib.

“Gündəlik şəhəri tərk edən insanların axını 50% artaraq 1600-dən 2300 nəfərə çatıb. Döyüşlərlə əlaqədar Mosul və onun ətraf ərazilərindən ümumilikdə 130 min nəfər qaçıb”, – S.Dyujarrik bildirib.

O əlavə edib ki, qaçqın axını dekabrın 29-da hərbi əməliyyatların ikinci mərhələsinin başlamasından sonra artıb.

Qeyd edək ki, dekabrın sonlarında İraq hakimiyyəti İraqda İŞİD qruplaşmasına qarşı aparılan əməliyyat zonasını iki ay ərzində 140 min nəfərin tərk etdiyini açıqlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR