Çeçenistanda terrorçular WhatsApp-ın köməyi ilə tapılıb

Çeçenistan Respublikasının güc strukturları İŞİD terror qruplaşmasının izinə WhatsApp mesencerində yazışmaları sayəsində düşüb. FaktXəbər-in məlumatına görə, bu barədə «Kommersant» ölkənin güc strukturlarına istinadən xəbər yayıb.

«Terrorçuların Tsotsi-Yurd Kurçaloy rayonuna basqın etmək planları barədə hüquq mühafizəçilər təkcə onların əvvəlcədən saxlanılan tərəfdarlarından öyrənməyiblər, həmçinin ekstremistlərin özlərinə qrup yaratdıqları WhatsApp mesencerində yazışmaları onları ələ verib», – deyə mənbə bildirib.

Onun sözlərinə görə, xüsusi əməliyyat başlayandan dərhal sonra bu kənddən respublika abonentlərinə söhbətlərin silinməsinin tövsiyə olunduğu ismarıclar daxil olub.

Xatırladaq ki, yanvarın 11-də Çeçenistanda onlarla İŞİD üzvü həbs olunub. Xüsusi əməliyyat zamanı Rusiya Qvarldiyasının 2 hərbçisi həlak olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR