Çexiyada 275 nəfər sabun köpüyünün içinə girib – VİDEO

Çexiyanın sabun köpüyü şişirtmək üzrə ustası Matey Kodeş milli rekordu təzələyib.
Musavat.com “Yahoo”ya istinadən xəbər verir ki, o, sabun köpüyünün içərisinə bir avtomobil və 275 tələbə yerləşdirə bilib.
Çexiya vətəndaşı öz rekordunu yeniləyə bildiyi üçün xoşbəxt olduğunu deyib.
Bildirilir ki, M.Kodeş 2014-cü ildə 214 nəfəri köpüyün içərisində yerləşdirmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR