Çin klubu “Çelsi”nin futbolçusuna ildə 30 milyon funt əməkhaqqı təklif edir

Çin futbol klubu İngiltərənin “Çelsi” klubunun hücumçusu Diyeqo Kostaya ildə 30 milyon funt əməkhaqqı təklif edib.

“Report” xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı məlumat verib.

Komandanın adı açıqlanmır. Həmçinin məlum olub ki, 28 yaşlı forvard şənbə günü “Lester”lə keçiriləcək İngiltərə çempionatının 21-ci tur matçını buraxacaq. Qeyd olunur ki, buna futbolçunun komandanın fiziki hazırlıq üzrə məşqçisi ilə mübahisə etməsi səbəb olub.

Kosta “Çelsi”də 2014-cü ildən çıxış edir. O, hazırkı mövsümdə komandada bütün turnirlərdə 21 oyun keçirib və 14 qol vuraraq 5 məhsuldar ötürmə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR