Dəməşqin 5 milyondan çox əhalisi içməli sudan məhrum olub

Ötən ilin 22 dekabrından Suriyanın paytaxtı Dəməşqin 5,5 milyondan çox sakini içməli sudan məhrum olub

Buna şəhərə suyun verildiyi Badi Bəradə rayonunda hərbi əməliyyatların qızışması səbəb olub.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin məlumatında bildirilir.

Qurum əməkdaşları, xüsusilə uşaqlar arasında yolxucu xəstəliklərin baş qaldıra biləcəyindən ehtiyatlanırlar.

Bu gün BMT-yə su təchizatı ilə məşğul olan xidmətlərin paytaxt sakinlərinin minimum tələbatını ödəmək məqsədi ilə fövqəladə tədbirlərə başladıqları barədə məlumat daxil olub. Hazırda ilk növbədə məktəb, xəstəxana və çörək sexlərinə su verilişinin yoluna qoyulması üçün işlər görülür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR