Dəniz sahilində içərisində oyuncaqlar olan minlərlə yumurta tapılıb-VİDEO

Almaniyanın Lanqeoq adasının sakinləri Şimal dənizi sahilindən içərisində oyuncaqlar olan on minlərlə plastik yumurtalar tapıblar.

Musavat.com xəbər verir ki, “Associated Press” agentliyində yer alıb.

Güman edilir ki, yumurtalar Bremerxafenə doğru hərəkət edən yük gəmisindəki konteynerdə olub və gəmi konteyneri yolda itirib. Bundan sonra yerli əhali çimərliyi təmizləməklə məşğul olub.Yerli uşaq bağçasının nümayəndəsi Sabina Birkfeld bildirib ki, onlar bu işə 27 uşağı cəlb ediblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR