Damladan ərinin terrorçu olması xəbərinə reaksiya: “9 ildir ayrılmışıq”

Gənc müğənni Damla (Məmmədova Məsumə Qərib qızı) keçmiş həyat yoldaşının terrorçu olması haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Musavat.com saytına açıqlama  verən ifaçı sözügedən  xəbərlərin əsassız olduğunu bildirib:
“Haqqımda yayılan xəbərləri mətbuatda oxuyub təəccübləndim. Bu söhbətlərin heç bir əsası yoxdur. Mən həyat yoldaşımdan 9 ildir ki, ayrılmışam. Düzdür, o həbsdədir. Lakin terrorçu deyil. Mənim bir övladım var. Bu cür xəbərlərə görə üzülməsini istəmirəm. Qardaşımın həbsdə olmasını yazıblar. Qardaşım hazırda Rusiyada ailəsi ilə yaşayır. Nə dini qruplaşmanın üzvüdür, nə də axtarışdadır. Yazıblar ki, mən evli olduğum müddətdə ərimin istəyi ilə dini məzhəblərdən birinin qaydalarına əməl edirmişəm. Bu da yalandır. Adımın belə məsələlərdə hallanmasını istəmirəm. Müğənniyəm, sənətimlə məşğulam. Əsassız söhbətlər məni və ailəmi narahat edir”.
Qeyd edək ki, Ölkə.az-ın yaydığı məlumata görə, sənətçinin bu yaxınlarda boşandığı həyat yoldaşı Ceyhun Əliyev hazırda həbsdədir.
C. Əliyev Əbu Bəkr məscidinin partladılmasında ittiham edilərək həbs olunan şəxslərdən biridir.
İddiaya görə, Damlanın qardaşı da sözügedən qruplaşmada olub və hazırda axtarışdadır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR