DÇ-2026 qərarında siyasət izi – Qalmaqal

Avropa Klublar Birliyi 2026-cı ildə Dünya Çempionatında iştirak edəcək komandaların sayının 48-ə yüksəldilməsinə yazılı açıqlama ilə sərt reaksiya göstərib.
Axar.az xəbər verir ki, birlik tələsik, qeyri-ciddi müzakirədən sonra belə bir tarixi qərarın verilməsinin heyrətləndirici olduğunu, dəyişikliyin heç bir faydası olmayacağını bildirib.
Açıqlamada qərarın siyasi sifariş əsasında verildiyi və gələcəkdə peşmanlıq doğuracağı qeyd olunub.
Xatırladaq ki, FİFA 2026-cı ildən etibarən Dünya Çempionatına 32 yox, 48 komandanın qatılacağını açıqlamışdı. Bir sıra futbol mütəxəssisi məhz siyasi məsələlərə və iqtisadi gəlirlərə görə bu qərarın verildiyini, getdikcə futbolun arxa plana düşdüyünü bildirmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR