Dilim-dilim olasan dilim

Dilim-dilim olasan, ay dilim, dedim dinmə. Dilim dedi: dinməz idim, dindirdilər dindim mən.Nə qədər istədim dinməyim elə dindirdilər məni…Lap uşaqlıqdan eşitmişəm ki,sözün varsa özündən böyüklərə de bəlkə sözünə,dərdinə əlac ola…Məndə elə sözüm oldu böyüklərə demək istədim dedilər sus,lal ol yoxsa dilini kəsərik.Dilim dilim olasan mən nə dedim ki. Dilsiz insana bu dünyada lal deyilər amma cox danışana biraz pis baxırlar, demək gərək nə tam lal olasan, nə də çox danışasan.Amma bu gün  bəzi məmurlar deyir ki, nə danış nə din lal kar gəz özünçün.

Necə lal olasan tutaq ki,bir yeitimə əl tutmaq istəyirəm sevindirmək istəyirəm.Üz tutdum uşaq evinə dedilər get nazirlikdən icazə al,dedim nə olar qanun şahdır gedim nazirliyə müraciət etdim ki,ay Əmək və əhalinin sosial müdafiə nazirliyi müdafiəsiz uşaqları bayramda sevindirmək istəyirəm ,məndən illik hesabat istədi nəziri niyyəttin hesabatın hələ görməmişdim.Sən Allah arada işçilərinizin yetim,kasıbların ünvanlı sosial yardımının 6 ayını yeyib 6 ayını yetimə  necə verdiklərinin hesabatınıda götürün.Lazım olar dilim dilim olasan vallah dillənməzdim siz dindirdiniz.Gördüm açıq bazar əxlaqsızlıq,açıq narkotik bazarı baş alıb gedir dilləndim dedilər ay qız sən bilirsən ora kimin ərazisidir dilin başına ağırlıq etməsin.

Falçı fırıldaq edir deyirsən ayə bu camaatı hansı haqla aldadırsan deyir polisə haqqımı verirəm,priton işlədənə deyirsən olmaz axı qeyrətimiz namusumuz deyir ay qız nə borcuna mən polisə haqqımı verirəm məndə deyirəm baxın sənin işçilərin səni aldadır dillənmiyim neyləyim,deyirlər lal ol, kar ol hamı bir birini dolandırmalıdır.Dillənsən dilin kəsilər…Həkim xəstəyə baxmır,aptek köhnə dərman satır,narkotik satır dillənirsən deyirlər balıq başdan iylənir.

Uşaq məktəbə gedəcək müəllimlər ayın 1- indən iclas edir pul yığır,dilləndim məktəblərdə özbaşınalıqdır ay təhsil naziri bir bax ətrafa dedilər lal ol biz görmək istədiyimiz kimi görürürük.Dedim əyalətdə təhsildən başqa hər şey var dedilər ola bilməz…Birdə ayıldılar ki,ey dadibidad 8-ci sinif şagirdini müəllim zorlayıb 6 aylıq hamilədir.

Dilim dilim olasan mən nə dedim ki,dedim biləsiniz. Cəmiyyət bu gün kimin dilindən nə eşidir, onu dildən dilə danışır və insanlar kimlərinsə dilinə yiyəlik etmədiyi üçün öz dəyərlərini itirir. Dil bəlası çox ağır bir dərd olub.Məndə dilimin bəlasına keçirəm .Bircə onu bilirəm ki,mən əbəs yerə dillənmirəm vallah dilləndirilər dinirəm.  Sədi Şirazi danışmaq haqqında dey ki, ağıldan kəmliyi iki şey müəyyən edir: Susmaq lazım gələndə danışmaq, danışmaq lazım olanda susmaq.Məndə zamanında danışıram əgər eşidən olsa. Ay yazıq dil, bədbəxt dilçək, biçarə ünsiyyət vasitəsi. Dünyanın ən məzlum, kasıb, fəqir ət parçası…

Səni yaradan yaradıb ki, dad biləsən, söz deyəsən, diş təmizləyəsən, yara sağaldasan, sevgilini duz kimi yalayasan, bu yazıq millətin toyunda-vayında lazımi kəlmələr söyləyəsən, daha da təkmilləşəsən, insanlara sevinc gətirəsən, könlünü oxşayasan, laylay çalasan, milləti oyadasan.

Amma sənə neylədilər? Dilin başı olmaz! Amma sənin başına oyun açdılar.

Sənə söyüş söylətdilər, sənə qarğış dedirtdilər, səni yalan deməyə məcbur elədilər, sənə ox atıb yayını gizlətməyi öyrətdilər. Dilin başı olmaz, amma varındırsa, get, başına çarə qıl.

Məzə qıl, ya da mırtlaş öz-özünlə…

Dilim-dilim olasan dilim, kəsdirim bəlkə? Lal olmaq da pis deyil, nəsə deməkdən, kiməsə nəsə izah eləməkdən canımı birdəfəlik qurtararam, onsuz da deyiləsi sözüm qalmayıb.

Bir də ki, kimdir mənə qulaq asan, kimə qulaq asan var ki, mənə də assınlar…

Dilim var, dilçəyim də varmı, görəsən? Dilçək nədir? Dil böyüyəndə dilçək də böyüyürmü?

Böyüməyən yeganə orqan gözdü, uşaqların gözü ona görə böyük olur, biri də var, gah böyüyür, gah kiçilir, düzdür, bəzi vaxtlar böyüyüb yiyəsinin başına bəla olur, pis vəziyyətlərə salır, amma ləzzəti də var, əziyyətə dəyər yəqin ki…

Dilini çəkib boğazından çıxardaram! Qaniçənlər! Orta əsrlərdə xanlar, bəylər, padişahlar xoşlarına gəlməyənlərin dillərini kəsdirirmişlər, niyə görəsən dillərini?

Bugün sən demə çoxuna yalan deyən dil lazım imiş, təsadüfən çaşıb düzünü deyəndə dil başa bəla olurmuş…”

ŞƏFƏQ AĞACAN

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR