DİN “Dəmirçi Plaza”dakı qətllə bağlı məlumat yaydı

Qafqaznews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə, sürücü – Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer – paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan “COBALT” markalı tüfəng götürülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR