Ermənistan ordusunda özbaşınalıq davam edir

Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrindən birində müqavilə əsasında xidmət edən bir qrup hərbi qulluqçu ön xətdəki döyüş mövqelərinə çıxmaqdan boyun qaçırıb. Hərbçilər bunun səbəbini müqavilə əsasında onlara çatacaq pulların vaxtında ödənilməməsi ilə izah ediblər. Hərbçilər qısa müddətdə maliyyə problemləri həll olunmayacağı təqdirdə ümumiyyətlə hərbi hissəni tərk edəcəklərini bildiiblər. Məlumatda o da qeyd edilir ki, Albert Calalyan adlı hərbi qulluqçu orduda hökm sürən özbaşınalıqdan bezərək xidmət müddəti bitməmişdən əvvəl tərxis edilməsi barədə məhkəməyə müraciət edib. Qeyd edək ki, bu yaxınlarda erməni mətbuatı müqavilə əsasında xidmət edən Sevak Simonyanın səhhətində yaranmış ciddi problemlə bağlı döyüş mövqeyinə getməkdən imtina etməsi ilə əlaqədar xəbər yayıb. Bildirilirdi ki, Ermənistan ordusunun rəhbərliyi bunu əsas gətirərək Simonyana çatacaq məvacibi ona ödəməkdən imtina edib.(lidertv)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR