Eynşteynin nadir uşaqlıq fotoları- MARAQLI

O, əslində uşaqları çox sevirdi. Alimi yaxından tanıyan insanlar da bunun nə dərəcədə doğru olduğunu bilirdilər. Elə buna görə də özünü ömrünün sonuna kimi bağışlaya bilmədi. Dahi Albert Eynşteyn hər zaman elə düşünürdü  ki, o, atom bombasının icadında qismən də olsa, iştirak etməklə bəşəriyyət tarixində uşaqlara ən sarsıdıcı zərbə vuran insanlardan biri oldu. 1945-ci ildə Yaponiyanın Xirasimo və Naqasaki şəhərlərindəki kütləvi faciə alimi bu cür düşünməyə sövq edirdi. Ömrünün sonuna qədər bunun vicdan əzabını çəkdi və sonda etirafını da etdi.
Moderator.az dahi alimin uşaqlıq illərindən bir neçə fotonu təqdim edir. O, əslində hər zaman uşaqlıq səmimiyyətini üzərində gəzdirirdi. Böyük şəhərlərin nəhəng universitetlərində də, Nobel kürsüsündə də… Bəlkə də, dünya buna görə Eynşteyni hər zaman sevir. Çünki ona olan sevgi adi alimə olan sevgi hislərini çoxdan aşıb.
Burada, Eynteyn məktəblidir. Deyilənlərə inansaq, yeni dil açıb. Lakin fikirləri çox məntiqi və çox dərindir. Yanındakı isə kiçik bacısı Mayadır:
?oh=660cdbc9604add19c266a75efb25fbd0&oe=586F6BD3″ />
Uşaqlığının ayrı-ayrı mərhələlərini əks etdirən iki foto… Kiçikyaşlı fotosunda hələ dil açmayan Albert gülümsəyir, şəndir. Dünya haqqında yaxşı fikirdədir. İkincisində isə…. Məncə, məsələ aydındır:
Dünyayla dostlaşmağın yollarını axtaran Albert…
/200px-Albert_Einstein_as_a_child.jpg” alt=”Related image” />
“Dünya mənə tanış gəlir”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR