Futbolçulara qeyri-adi qərar – “Ya alman dilini öyrənin, ya da…”

Onun fikrincə, komandanın futbolçu və məşqçi heyəti alman dilində danışmalıdır. Klub rəhbəri bu qaydaya əməl etməyənlərə pul cəriməsi tədbiq ediləcəyini deyib:

“Paltardəyişmə otağında hamı alman dilində danışmalıdır. Dil əlaqə vasitəsidir. Hamı eyni dildə danışmasa, komandada kiçik qruplaşmalar yaranar. İstək olsa, hər şeyi bacarmaq olar. Bəzi futbolçular baş məşqçi Karlo Ançelottidən ibrət götürməlidir”.

Qeyd edək ki, alman dilini bilən ən yaxşı əcnəbi futbolçular Aryen Robben və Robert Levandovskidir. Almanca ən pis danışan isə Kinqsli Koman və Renatu Sançesdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR