Gəncədə Polis İdarəsində ölüm baş verib

Gəncə şəhər Baş Polis İdarəsinin işçisi iş otağında vəfat edib.

APA-nın məlumatına görə, hadisə bu gün qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsində həkim işləyən 1963-cü il təvəllüdlü Mehdi Musayev iş otağında dünyasını dəyişib.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR