Gebbelsin sabiq şəxsi katibi 106 yaşında vəfat edib

Nasist Almaniyasının liderlərindən biri, təbliğatçı Yozef Gebbelsin şəxsi katibi Brungilda Pomzel Münhendə 106 yaşında ölüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” media şirkəti məlumat yayıb.

Məlumata görə, Brungildanın ölümünü onun haqqında “Alman həyatı” adlı sənədli filmin rejissoru və prodüseri Kristian Krenes təsdiqləyib. O qeyd edib ki, Pomzel öz evində ölüb.

Pomzel nasist rəhbərliyini şəxsən tanıyan son şəxslərdən idi. “Mən Gebbelsə dünyaya etdikləri üçün heç bir zaman bağışlamayacam”, – “Deutsche Welle” Brungildanın sözlərindən sitat gətirib. Bununla yanaşı, Pomzel öz postunda işləyərkən ölüm düşərgələri və Holokost haqqında heç bir şey bilmədiyini iddia edirdi, xəbərdar olduqda isə vicdan əzab çəkidiyini bildirmişdi.

Pomzel Gebbelsin yanında üç il, demək olar ki, onun ölümünə qədər çalışıb. Gebbels və arvadı Maqda 1945-ci ilin mayın 1-də intihar etməzdən öncə altı övladını zəhərləyiblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR