Hasilatın dondurulmasına şübhələrin artması nefti ucuzlaşdırır

Dünya birjalarında neft ucuzlaşır.

“APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar azalaraq 53,15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar azalaraq 56,30 dollar olub.

OPEC ölkələrinin hasilatın müəyyən olunmuş səviyyədə dondurulması ilə bağlı qərara əməl edəcəklərinə şübhələrin artması neftin ucuzlaşmasına səbəb olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR