İsmayıllıda yanğın: evin 2 otağı yandı – VİDEO – FOTO

İsmayıllıda yanğın olub.

ARB Şəki xəbər verir ki, yanğın rayonun İvanovka kənd sakini 1978-cı il təvəllüdlü Həsənov Emin Həsən oğluna məxsus yaşayış evində baş verib. Ümumi sahəsi 130 m² olan birmərtəbəli kürsülü 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 106 m² sahədə yanıb.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və 11 nəfər əməkdaşı cəlb olunub.

Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın səhər saat 8:00-da söndürülüb. Evdə yaşayış olmadığından xəsarət alan da olmayıb. Yanğın barədə qonşular xəbər verib.

Hələlik yanğının səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR