İsrail prezidentinin Gürcüstana rəsmi səfəri başlayıb

Bu gün İsrail prezidenti Reuven Rivlinin Gürcüstana rəsmi səfəri başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Tbilisi beynəlxalq aeroportunda İsrail dövlətinin başçısını və onun xanımını Gürcüstanın dövlət və hökumət rəsmiləri qarşılayıblar.

Bu gün İsrail dövlətinin başçısı Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə əvvəlcə təkbətək, sonra isə geniş formatda görüş keçirəcək. Prezidentlər görüşün yekununa dair KİV-ə birgə bəyanat verəcəklər.

Sonra R.Rivlin Gürcüstanın baş naziri Georgi Kvirkvaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə görüşəcək.

Yanvarın 10-da səfərin sonuncu günü isə İsrail prezidenti Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidənin önünə əklil qoyacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR