İstanbul terrorçusunun kimliyi açıqlandı – Pasportunun fotosu yayıldı

Türkiyə hüquq-mühafizə orqanları İstanbulda gecə klubunda terror həyata keçirən şəxsin kimliyini müəyyənləşdirib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, terroru 28 yaşlı Qırğızıstan vətəndaşı Yəhya Maşrapov törədib.

Terrorçuya aid olduğu ehtimal edilən pasportun fotosu da paylaşılıb.

Qeyd edək ki, fotonu ilk olaraq TRT World tvitterdə izləyiciləri üçün paylaşıb. Lakin rəsmi açıqlama olmadığı üçün sonradan həmin foto səhifədən silinib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR