Jurnalist Rüfət Əhmədzadə Qafqaz Təhsil Mərkəzinə baş direktor təyin olundu

Azərbaycan gənclərinə xaricdə təhsillə bağlı da xidmətlər göstəriləcək

 “Qafqaz Təhsil Mərkəzi” MMC-yə yeni baş direktor təyin olunub.

Qafqaznews.az xəbər verir ki, mərkəzə tanınmış tərcüməçi, şair-jurnalist Rüfət Əhmədzadə rəhbərlik edəcək.

Rüfət Əhmədzadə ixtisasca polyak və ingilis dilləri üzrə tərcüməçidir, bundan əvvəl mətbuatdakı fəaliyyəti ilə yanaşı, müxtəlif xarici ədəbiyyatın dilimizə tərcüməsi ilə məşğul olub.

Qeyd edək ki, R.Əhmədzadə bu yaxınlarda Polşa Tarix Muzeyinin əcnəbi araşdırmaçılar üçün keçirdiyi müsabiqənin qalibi olub və yaxın aylarda Varşava haqqında kitab yazmaq məqsədi ilə bu şəhərə yola düşəcək.

Qafqaz Təhsil Mərkəzi 2014-cü ildə yaradılıb və bu 3 il ərzində müxtəlif təlimlər, kurslar həyata keçirib.

Həmçinin, xatırladaq ki, bu günlərdə “Qafqaz Təhsil Mərkəzi” MMC-nin “Qafqaz Hüquq Mərkəzi” MMC-ilə birgə həyata keçirdiyi “Qafqaz Hüquq Akademiyası” təlim-təcrübə proqramına qəbul elan olunub.

Yaxın günlərdə Qafqaz Təhsil Mərkəzinin digər yeni layihə və təlimlərilə də bağlı ictimaiyyətə məlumat veriləcək.

Qafqaz Təhsil Mərkəzi müxtəlif təlim və kurslardan savayı, xaricdə təhsil sahəsində Azərbaycan gənclərinə konsultativ xidmətlər göstərir.

Mərkəzlə əməkdaşlıq etmək istəyənlər və ya mərkəzin fəaliyyəti ilə maraqlananlar [email protected] ünvanına yaza bilərlər.

Həmçinin, 0502283382, 0503933295 (whatsapp) və ya 0124902141 nömrələrilə də əlaqə saxlamaq mümkündür.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR