Keçmiş məhkum 1400 manat və 25 ədəd mobil telefon oğurladı – VİDEO – FOTO

Binəqədi rayonunda Mirzəkərim Yaqubova məxsus mağaza qarət olunub.

ARB TV xəbər verir ki, gecə saatlarında dükana daxil olan oğru oradan 1400 manat pul, 25 ədəd mobil telefon aparıb. Oğuruluqdan ilk xəbər tutan satıcı Tərlan Babazadə olub.

Hadisə yerinə gələn Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis bölməsinin əməliyyatçıları mühafizə kameralarının görüntülərini izləyiblər, dükan sahibi ilə söhbət aparıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağazanı qarət etməkdə şübhəli bilinən, əvvəllər iki dəfə məhkum olunan Bakı şəhər sakini Yaşar Ziyadov saxlanılaraq istintaqa təhvil verilib.

Oğurlanan mobil telefonlar Yaşar Ziyadovdan aşkarlanaraq zərərçəkmişə qaytarılsa da, kassadan aparılan pulun xərcləndiyi məlum olub.Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR