Kral Salman təbəələrini yağış duasına çıxmağa çağırır

Səudiyyə Ərəbistanının kralı Salman ibn Abdul-Əziz Əl Saud öz təbəələrini cümə axşamı yağış yağması üçün dua etməyə çağırış edib.

Virtualaz.org xəbər verir ki, bu barədə Newsru məlumat yayıb.

Bu gün Kral məhkəməsinin saytında dərc edilmiş hökmdarın rəsmi sərəncamında bildirilir ki,  hər kəs etdiklərinə görə daha çox peşman olduğunu bildirməli, bağışlanaraq Allaha üz tutmalıdır.

Xatırladaq ki, ötən il Səudiyyə Ərəbistanının hakimiyyəti tərəfindən analoji yağış duasına çağırışla bağlı qərar verilmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR