Məşhurluq insan ömrünü qısaldır

Amerikada yayımlanan bir qəzetin ölüm elanları səhifəsi araşdırılan sonra ortaya maraqlı bir nəticə çıxıb.

Nəticələrə görə, daim göz önündə olan şöhrətli bir insan olmaq ömrü qısalda bilir. Belə ki, sənətçilər, idmançılar digər peşələrdə təmsil olunanlardan bir neçə il erkən dünyasını dəyişir. Araşdırmaçılar bildirib ki, onların gəldiyi nəticələr konkret faktlara əsaslanmasa da şöhrət insanın həyatını həqiqətən də oğurlayır. BBC-nin xəbərinə görə, avstraliyalı alimlər 2009-2011-ci illərdə “Nyu York Times” qəzetində yayımlanan 1000 ölüm elanını incələyib.

Məşhurların orta ömür həddi 77 il olaraq müəyyənləşib. Buna qarşılıq olaraq akademiklər, elm adamlarında orta ömür həddi 82 yaş olub. Məşhurların daha çox xərçəng, xüsusən də ağciyər xərçəngindən dünyasını dəyişdiyi də müəyyənləşib
Selcan
Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR