“Mançester Yunayted”dən Qrizmanna cəlbedici təklif

“Atletiko”nun fransalı futbolçusu Antuan Qrizmann karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.

Premyer Liqa klubunun rəhbərliyi Fransa yığmasının üzvünü transfer etməkdə israrlıdı. “Mankunianlar” Qrizmanna həmyerlisi Pol Poqbanın aldığı qədər məvacib (həftədə 220 min funt-sterliq + bonus) ödəməyə hazırdı

“Atletiko” bu keçidin baş tutmasına qarşı deyil. Lakin bunun üçün “Mançester Yunayted” rəhbərliyi 86 milyon funt-sterlinq xərcləməlidi. İngilislər isə Qrizmannla birlikdə madridlilərin digər futbolçusu Saul Nigesə görə ümumilikdə 145 milyon funt-sterlinq ödəməyə hazırdılar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR