Nurayın doğma atası Əvəz Bayramov doğum evinin həkimi imiş

Məhkəmdə zorakılığa məruz qalan 10 yaşlı Nurayın atası Əvəz Bayramov 5 saylı doğum evinin həkimidir.
Bu barədə AzNews.az-a sözü gedən xəstəxanadan məlumat verilib. Xəstəxananın kadrlar şöbəsindən verilən məlumata görə, Əvəz Bayramov 2008-ci ildən həkim-anestezioloq və reanimatoloq vəzifəsində çalışır.
Kadrlar şöbəsindən verilən məlumata görə, Əvəz Bayramovla bağlı hər hansı bir şikayət daxil olmayıb: “Çox savadlı bir kadrdır. Hələ bu günə kimi onunla bağlı hər hansı şikayət daxil olmayıb. Əvəz insan kimi də gözəl xarakterə malikdir. Ailəlidir, Bakı şəhərində yaşayır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR