“Onlar mənim xilaskarım oldular” – “Bu, həm də bir Tanrı sınağı idi…”

Əziz dostlar! Dəyərli həmkarlar!
Hər vaxtınız xeyir olsun. Demək olar ki, bir ildən sonra biz yenə bərabərik. Uca yaradanın qərarı ilə biz bir az da ömür payımızdan yararlana bilərik. Bu imkanı mənə verdiyinə görə Rəbbimizə və onun yerdəki qəlbi təmiz, ürəyi saf və əlləri qızıl olan Varlıqlarına sonsuz minnətdaram. Əziz dostum, əvəzsiz hərbi peşəkar həkim Aftandil Namazovun və qısa müddətdə tanıdığım, savadlı həkim Həzi Aslanovun sayəsində şükürlər olsun ki, sağ və salamatıq.
Həyatımın sonuna kimi bu iki əziz İnsanın, Peşəkarın borcundan çıxa bilməyəcəyəm. Fürsətdən istifadə edib hər iki Peşəkara, mənim üzərimdə əməliyyatda iştrak edən bütün persionala dərin minnətdarlığımı bildirirəm. Əlləriniz var olsun. Faktiki məni o dünyadan dartıb ailəmə, doğma və əzizlərimə qaytaran ƏSL Peşəkarlara minnətdaram. Daşlı kəckin xolesistitə görə laporoskopik əməliyyat olundum. Həqiqətn də hər şey mənim üçün məhz Aftandil Namazov və Həzi Aslanov sayəsində ugurlu oldu. Əməliyyat texniki cəhətdən həddən artıq xeyli müddət agır irinli xolesistitlə xəstə olmasına baxmayaraq vaxtında düzgün yardım almadığıma və səhlənkarlığıma görə belə kritik bir durum alınmışdı. Amma, Tanrı mənə ən təcrübəli həkimlərdən Həzi Aslanov, Aftandil Namazov başda olmaqla həkim heyətini bəxş etmişdi. Onlar mənim xilaskarım oldular. Təşəkkür edirəm, əziz Aftandil müəllim və Həzi qardaşım. Digər adlarını çəkmədiyim peşəkarlar. Ugurlu əməliyyata və məni həyata qaytardığınıza görə çox sağ olun. Allah Sizi qorusun.
Beləliklə, əziz dostlar, doğmalar və əzizlərim, demək olar ki, mən yenidən həyata qayıtdım. Bu ağır günümdə mənə maddi və mənəvi dəstək olan hər kəsə, palatada mənə baş çəkən dostlarıma, doğmalarıma ayrı-ayrılıqda təşəkkür edirəm. Allah razı olsun. Bu həm də bir Tanrı sınağı idi. Yaradanımızdan razıyam. Çalışacağam ki, bundan sonra da Sizlərlə bərabər Vətənimiz Azərbaycan, onun əvəzsiz xalqı üçün faydalı işlər görək.
Bir daha sağ olun!!!
Üzeyir Cəfərov, tanınmış hərbi ekspert

  DİGƏR XƏBƏRLƏR