Polşada 10 nəfər donvurmadan ölüb

Polşada 10 nəfər son iki sutkadakı şaxtanın qurbanı olub.

“Report” “France Press”ə istinadən xəbər verir ki, Polşa Dövlət Təhlükəsizlik Mərkəzi 7 nəfərin bu gün donvurmadan öldüyünü açıqlayıb. Daha 3 şəxs isə ötən gün şaxtanın qurbanı olub.

Sinoptiklər yanvarın 8-də ölkənin bir sıra bölgələrində temperaturun -14 dərəcəyə enəcəyini bildiriblər.

Hakimiyyət donvurma qurbanlarının sayının artacağından ehtiyatlanır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR