Qazaxıstanda “Boyarışnik”dən zəhərlənmə halı qeydə alınıb

Karaqanda şəhərində ilkin məlumatlara görə, məhz “Boyarişnik” içkisindən istifadədən sonra 2 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə “Sputnik” Qazaxıstanın səhiyyə müəssisəsindədəki mənbəyə istinadən məlumat verib.

Məlumata görə, 2 nəfər cümə günü xəsətxanaya müraciət edib və onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların həmin içkidən zəhərlənməsi ehtimal edilir. Lakin Qzaxıstanın Səhiyyə Nazirliyi tərəfindən informasiya hələ rəsmi təsdiq olunmayıb.

Qeyd edək ki, son dəfə Rusiyanın İrkutsk şəhərində “Boyarişnik”dən kütləvi zəhərlənmə nəticəsində 76 nəfər ölmüş, 123 nəfər xəstəxanaya yerləşdirilmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR