Qırğızıstanda yanvarın 17-i milli matəm günü elan edilib

Qırğızıstan prezidenti Almazbek Atambayev “Boeing 747” yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə yanvarın 17-ni ölkədə milli matəm günü elan edilməsinə dair fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, yanvarın 16-da Honkonq-Bişkek aviareysi ilə uçan “Boeing 747” təyyarəsi qəzaya uğrayıb.

Qırğızıstanın dövlət orqanları ölən və zərərçəkənlərin ailələrinə dəstək istiqamətində tədbirlər görürlər.

Fərmana müvafiq olaraq, matəm günü ölkə ərazisində diplomatik və konsul binalarında Qırğızıstanın bayraqları endiriləcək.

Bundan başqa, fərmanla mədəniyyət müəssisələri və teleradio şirkətlərinə matəm günü əyləncəli tədbir və proqramları təxirə salmaq tövsiyə edilib.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR