“Qızıl Qlobus” 2017 mükafatının qalibləri – Siyahı

“Qızıl Qlobus” 2017 mükafatının qalibləri məlum olub.

XəzərXəbər Reuters agentliyinə istinadən xəbər verir ki, “Ən yaxşı komediya və ya müzikl” nominasiyası üzrə “La-La Land” filmi mükafata layiq görülüb. Bu film bir sıra digər kateqoriyalar üzrə də mükafat alıb: ən yaxşı rejissorluq, ən yaxşı ssenari, musiqi və orijinal mahnı.

Bundan əlavə həmin filmdə rol alan Ryan Gosling və Emma Stone ən yaxşı baş rol ifaçıları kimi fərqləniblər.

Ən yaxşı dramatik film “Moonlight” seçilib.

Ən yaxşı dramatik aktyor Casey Affleck olub. O, “Manchester by the Sea” filmindəki roluna görə bu mükafata layiq görülüb.

Isabelle Huppert “Elle” filmindəki roluna görə “ən yaxşı dramatik aktrisa” nominasiyasında fərqlənib.

Ən yaxşı dramatik serial kimi “Crown” seçilib.

“Ən yaxşı animasiya filmi” nominasiyasında “Zootopia” mükafata layiq görülüb.

“Qızıl Qlobus”un 74-cü mükafatlandırma mərasimi yanvarın 8-də Lon-Ancelesdə keçirilib. Tədbiri komediya ustası Jimmy Fallon aparıb.

“Qızıl Qlobus” mükafatı 1944-cü ildə təsis olunub. Hər il yanvar ayında mükafatlandırma mərasimi keçirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR